Giorgi Meşvildişvili Olimpiadada bürünc medal üçün güləşəcək

Paris-2024 Yay Olimpiya Oyunlarında güləş yarışları davam edir.

Bu gün daha 2 sərbəst güləşçimiz mübarizəyə başlayıb.

Turan Bayramov (67 kq) 1/8 finalda Çermen Valiyevlə qarşılaşıb. Həmyerlimiz ilk hissəni 3:0 hesabıyla öndə tamamlasa da, son saniyələrdə qələbəni əldən verib – 3:4.

Giorgi Meşvildişvili (125 kq) debütdə misirli Kamal Abdelmottalebə qalib gəlib – 4:0. Təmsilçimiz 1/4 finalda monqolustanlı Munxtur Lxaqvaqerelə heç bir şans tanımayıb – 12:2. Meşvildişvili yarımfinalda gürcüstanlı ikiqat olimpiya mükafatçısı, 3 qat dünya, 2 qat Avropa çempionu Geno Petriaşviliylə qarşılaşıb. Rəqibinə 0:7 hesabıyla məğlub olan Giorgi sabah bürünc medal uğrunda güləşəcək. Rəqib Oleksandr Xotsianivski (Ukrayna) – Robert Baran (Polşa) görüşünün qalibi olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir