İki sərbəst güləşçimiz Olimpiadada çıxış etdi

Paris-2024 Yay Olimpiya Oyunlarında güləş yarışları davam edir.

Bu gün 2 sərbəst güləşçimiz xalçaya çıxıb.

Əliabbas Rzazadə (57 kq) debütdə özbəkistanlı Qulamjon Abdullayevə məğlub olub – 4:11.

Osman Nurmaqomedov (87 kq) 1/8 finalda monqolustanlı Bat Byambasurenə böyük üstünlüklə (11:2) qalib gəlsə də, növbəti mərhələdə San Marinonu təmsil edən olimpiya və dünya mükafatçısı, Avropa çempionu Nazim Aminə 14:16 hesabıyla məğlub olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir