Həsrət Cəfərov Olimpiya Oyunlarında bürünc medal uğrunda güləşəcək

Paris-2024 Yay Olimpiya Oyunlarında güləş yarışları davam edir.

Bu gün son 2 yunan-Roma güləşçimiz mübarizəyə başlayıb.

Həsrət Cəfərov (67 kq) debütdə misirli Mohamed Elsayedə tam üstünlüklə qalib gəlib – 9:0. Güləşçimiz 1/4 finalda moldovalı Valentin Petikdən güclü olub – 3:1. Cəfərov yarımfinalda Ukraynanı təmsil edən həmyerlimiz Pərviz Nəsibovla qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən görüşdə rəqibinə sonuncu xal prinsipinə əsasən (3:3) məğlub olan Həsrət sabah bürünc medal uğrunda güləşəcək. Rəqib Mate Nemes (Serbiya) – Amantur İsmayılov (Qırğızıstan) görüşünün qalibi olacaq.

Rafiq Hüseynov (87 kq) 1/8 finalda macarıstanlı son dünya çempionu David Losonçiyə 2:5 hesabıyla məğlub olub.

Sənan Süleymanov (77 kq) isə bürünc medal uğrunda qırğızıstanlı dünya çempionu Akjol Mahmudovla güləşib. Gərgin keçən görüşdə rəqibinə 5:6 hesabıyla məğlub olan Sənan Olimpiya Oyunlarının 5-ci pillədə başa vurub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir