Sabah Şəriəti Olimpiadada bürünc medal uğrunda güləşəcək

Olimpiya Oyunlarında güləş yarışlarına start verilib.

Bu gün 2 yunan-Roma güləşçimiz mübarizəyə başlayıb.

Murad Məmmədov (60 kq) 1/8 finalda venesuelalı Rayber Rodrigesə 5:6 hesabıyla məğlub olub.

Sabah Şəriəti (130 kq) startda estoniyalı Heiki Nabiyə sonuncu xal prinsipinə əsasən (1:1) qalib gəlib. Təcrübəli pəhləvanımız 1/4 finalda qazaxıstanlı Alimxan Sidakovdan güclü olub – 4:0. Sabah yarımfinalda kubalı Mixain Lopeslə qarşılaşıb. 4 qat olimpiya və 5 qat dünya çempionuna uduzan (1:4) Şəriəti sabah bürünc medal uğrunda mübarizə aparacaq. Onun rəqibi Amin Mirzəzadə (İran) – Seunqçan Li (Koreya) görüşünün qalibi olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir