Paris-2024 üçün son hazırlıq prosesinə start verilib

Güləş üzrə milli komandalarımız Olimpiadaya son hazırlıq prosesinə start verib.

İyulun 17-dən etibarən sərbəst və qadın güləşi üzrə yığmalarımız Quba Olimpiya İdman Kompleksində təlim-məşq toplanışına başlayıb. Yunan-Roma güləşçilərimiz isə ayın 21-dən həmin məkanda son hazırlıq prosesinə start verəcək.

Hər 3 komandamızın Olimpiya Oyunlarına hazırlıq xarakteri daşıyan son toplanışı iyulun 31-dək davam edəcək. Hazırlıq prosesində taktiki-texniki çalışmalara, rəqiblərin fərdi təhlilinə üstünlük veriləcək.

Güləşçilərimiz avqustun 2-də Fransaya yollanacaq. Paris-2024-də güləş yarışı 5-11 avqustda keçiriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir