Avropa çempionatında Xetaq qızıl, Vasif gümüş medal qazandı

Serbiyanın Novi Sad şəhərində güləş üzrə U-20 Avropa çempionatı sona yaxınlaşır.

Bu gün sərbəst güləş üzrə 57, 65, 70, 79 və 97 kq-da medalçılar müəyyənləşib.

Vasif Bağırov (57 kq) finalda rusiyalı Lev Pavlovla qarşılaşıb. Həlledici görüş xala-xal prinsipiylə keçib. Güləşçimiz uzun müddət hesabda öndə olsa da, qarşılaşmanın sonlarına yaxın təşəbbüsü əldən verib. Yekunda 6:8 hesabıyla məğlub olan Vasif gümüş medalla kifayətlənib.

Nurudin Maqomedqadjiyev (79 kq) təsəlliverici görüşdə litvalı Paulius Leskauskasa 4:7 hesabıyla məğlub olub.

Xetaq Karsanov (97 kq) isə finalda rusiyalı Şaxman Nuxayevlə üz-üzə gəlib. Nəfəskəsən mübarizədə əzmkar qələbə (5:4) qələbə qazanan Xetaq Avropa çempionu olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir