Serbiyanın Novi Sad şəhərində güləş üzrə U-20 Avropa çempionatı davam edir.
Dördüncü yarış günündə qadınlardan ibarət millinin son 2 üzvü xalçaya çıxıb.
Əsmər Cankurtaran (53 kq) startda macarıstanlı Liliana Kapuvariyə “tuş”la uduzub.
Gülər Həbibova (57 kq) Şimali Makedoniya təmsilçisi Mariya Çvetanova üzərində inamlı qələbə (10:2) qazansa da, 1/4 finalda almaniyalı Mari Trayerə məğlub olub – 1:4.