Yakutskda daha 1 qızıl və 1 bürünc medal

Rusiyanın Yakutsk şəhərində keçirilən “Asiya Uşaqları” Oyunlarında güləş yarışlarına yekun vurulub.

Bu gün U-15 yaş qrupu üzrə yunan-Roma güləşində qaliblər müəyyənləşib.

U-15 Avropa çempionatının qalibi Qurban Məcnunov (44 kq) Yakutskda da bütün rəqiblərindən güclü olub və fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Yusif Mirzəyev (38 kq) isə bürünc medal qazanıb.

Beləliklə, güləşçilərimiz ümumilikdə bu oyunlarda 1 qızıl, 2 gümüş və 5 bürünc medal qazanıb.

Qeyd edək ki, Yakutskda I kateqoriyalı beynəlxalq hakim Bəşir İsazadə ədaləti qoruyub. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir