Ənənəvi yarışda 5 medal

Dağıstanın Kaspiysk şəhərində sərbəst güləş üzrə Əli Əliyevin xatirə turniri keçirilib.

54-cü dəfə təşkil olunan yarışda Rusiya, Azərbaycan, Bəhreyin, Belarus, Macarıstan, Dominikan, Qazaxıstan, Qırğızıstan, Serbiya, Tunis, Özbəkistan və İsveçrədən olan güləşçilər iştirak edib.

Ənənəvi turnirdə böyük məşqçi Cəbrayıl Həsənovla məşqçi Şərif Şərifovun rəhbərliyi altında millimizin bir neçə üzvü mübarizə aparıb. Güləşçilərimiz 2 qızıl və 3 bürünc medal qazanıb.

Əli Rəhimzadə (65 kq) və Aslan Abakarov (97 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Kənan Heybətov, Murad Yevloyev (hər ikisi 70 kq) və Şamil Zubairov (92 kq) isə üçüncü yeri tutub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir