“Asiya Uşaqları” Oyunlarında daha 3 medal

Rusiyanın Yakutsk şəhərində “Asiya Uşaqları” Oyunları davam edir.

Bu gün U-15 yaş qrupu üzrə sərbəst güləş üzrə yarış keçirilib.

Təmsilçilərimizdən Hüseyn Rzazadə (38 kq) gümüş, Rəşid Nazarov (52 kq) və Nihad Süleymanlı (75 kq) isə bürünc medal qazanıb.

Xatırladaq ki, “Asiya Uşaqları” Oyunları güləş yarışları iyulun 2-dək davam edəcək. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir