Qadn güləşində 1 gümüş, 3 bürünc medal

Serbiyanın Novi Sad şəhərində güləş üzrə U-17 Avropa çempionatı davam edir.

Beşinci yarış günündə qadın güləşi üzrə mübarizəyə yekun vurulub.

Sonuncu gün qızlarımız üçün uğurlu alınıb. Belə ki, 4 güləşçimiz fəxri kürsüyə qalxıb.

Nəzrin Əhmədli (40 kq) təsəlliverici görüşdə belaruslu Anastasiya Kavalçuka (tuş), bürünc medal uğrunda qarşılaşmada isə polşalı Zuzanna Ptaka (10:0) qalib gəlib.

Fatimə Bayramova (53 kq) finalda rusiyalı Olesya Malaxovaya (tuş) məğlub olub və gümüş medalı boynundan asıb.

Günay Qurbanova (61 kq) üçüncü yer uğrunda mübarizədə moldovalı Qabriela Rudoyu üstələyib – 6:1.


Zəhra Kərimzadə (69 kq) təsəlliverici görüşdə litvalı Qreta Tverskiteyə (3:1), bürünc medal uğrunda qarşılaşmada isə slovakiyalı Mixaela Seboekovaya (9:2) qalib gəlib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir