Yunan-Roma güləşçilərimiz BRICS Oyunlarında 6 medal qazandı

Rusiyanın Kazan şəhərində keçirilən BRICS Oyunlarında güləş yarışlarına yekun vurulub.

Bu gün yunan-Roma güləşi üzrə qaliblər müəyyənləşib. Oyunlara məşqçilər Elvin Mürsəliyevlə Zöhrab Abbasovun rəhbərliyi altında tam heyətlə qatılan komandamızın 6 üzvü fəxri kürsüyə qalxıb.

Arif Niftullayev (97 kq) çempion olub. Ziya Babaşovla (63 kq) Təvəkgül Həziyev (67 kq) ikinci, Tuncay Vəzirzadə (82 kq), Məhəmməd Əhmədiyev (87 kq) və Sərxan Məmmədov (130 kq) isə üçüncü yeri tutub.

Beləliklə, 1 qızıl, 2 gümüş və 3 bürünc medal qazanan millimiz 151 xalla komanda hesabında 3-cü yeri tutub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir