Qadın güləşçilər BRICS Oyunlarında 1 qızıl, 1 bürünc medal qazandı

Rusiyanın Kazan şəhərində BRICS Oyunları davam edir.

Bu gün qadın güləşi üzrə yarışa yekun vurulub. Oyunlara məşqçi Solmaz Adilovanın rəhbərliyi altında 4 güləşçiylə qatılan komandamızın 2 üzvü fəxri kürsüyə qalxıb.

Elnurə Məmmədova (53 kq) qızıl, Gültəkin Şirinova (55 kq) isə bürünc medal qazanıb.

Qeyd edək ki, sabah yunan-Roma güləşi üzrə medalçılar müəyyənləşəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir