Sərbəst güləşçilər Polşada mübarizə aparacaq

İyunun 19-dan 23-dək Polşanın paytaxtı Varşavada güləş üzrə beynəlxalq turnir keçiriləcək.

Ənənəvi yarışda ölkəmizi sərbəst güləş üzrə milli komandanın üzvləri təmsil edəcək. Məşqçilər Taymuraz Kokoyevlə Şərif Şərifovun rəhbərliyi altında Əli Rəhimzadə (65 kq), Zirəddin Bayramov, Sabir Cəfərov (hər ikisi 70 kq), Əşrəf Aşırov (79 kq), Osman Nurmaqomedov, Arseniy Djioyev (hər ikisi 86 kq) və Abubakr Abakarov (92 kq) uğur qazanmağa çalışacaq.

Sərbəst güləş üzrə yarış iyunun 22-23-də keçiriləcək. Görüşlər hər gün Bakı vaxtı ilə 13:00-da başlayacaq.

Turnirdə II dərəcəli beynəlxalq hakim Elgün Məmmədov ədaləti qoruyacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir