BRİCS Oyunlarında iştirak edəcək güləşçilər müəyyənləşib

Bu gün Rusiyanın Kazan şəhərində BRİCS Oyunlarına start verilib.

İyunun 23-dək davam edəcək Oyunların proqramında güləş də yer alıb. İyunun 17-dən 20-dək “Bars” İdman Sarayında sərbəst, qadın və yunan-Roma güləşi üzrə mübarizə baş tutacaq.

İyunun 17-18-də sərbəst güləşçilər çıxış edəcək. Məşqçilər Nazim Əlicanovla Əşrəf Əliyevin rəhbərliyi altında Mahir Məmmədzadə (57 kq), Ceyhun Allahverdiyev (61 kq), Murad Haqverdiyev (65 kq), Cəbrayıl Qadjiyev (74 kq), Orxan Abasov (79 kq), Səbuhi Əmiraslanov (86 kq), Şamil Zubairov (92 kq), Qadjimurad Maqomedsaidov (97 kq) və Ayxan Mərdanov (125 kq) uğur qazanmağa çalışacaq.

Ayın 18-19-da məşqçi Solmaz Adilovanın rəhbərliyi altında Yasəmən Məcidli (50 kq), Elnurə Məmmədova (53 kq), Gültəkin Şirinova (55 kq) və Mərziyə Sadıqova (72 kq) qadın güləşi üzrə yarışda gücünü sınayacaq.

İyunun 19-20-də isə yunan-Roma güləşçiləri mübarizə aparacaq. Məşqçilər Elvin Mürsəliyevlə Zöhrab Abbasovun rəhbərlik etdiyi heyətdə Fərid Sadıxlı (55 kq), Vədat Qasımlı (60 kq), Ziya Babaşov (63 kq), Təvəkgül Həziyev (67 kq), Urfan Həsənli (72 kq), Kənan Abdullazadə (77 kq), Tuncay Vəzirzadə (82 kq), Məhəmməd Əhmədiyev (87 kq), Arif Niftullayev (97 kq) və Sərxan Məmmədov (130 kq) yer alıb.

BRİCS Oyunlarında II dərəcəli beynəlxalq hakim Əli Babayev ədaləti qoruyacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir