Reytinq turnirində sərbəst güləş yarışı başa çatıb

Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə reytinq turniri davam edir.

Bu gün sərbəst güləş üzrə yarışa yekun vurulub.

Millimizin son təmsilçisi Turan Bayramov (74 kq) yarışla erkən vidalaşıb. Həmyerlimiz 1/4 finalda iranlı Əli Abbas Rezayiyə məğlub olub – 0:5.

Yekunda komandamız 7-ci yeri tutub.

Xatırladaq ki, ötən gün Maqomedxan Maqomedov (97 kq) gümüş, Hacı Əliyev (65 kq) isə bürünc medal qazanıb.

Qeyd edək ki, həftəsonu yunan-Roma güləşçilərimiz mübarizə aparacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir