Gəncə məktəbliləri sərbəst güləş üzrə yarışın qalibi olub

FHN İdman-Sağlamlıq Klubunda güləş üzrə Məktəblilərin Respublika çempionatı davam edir.

Elm və Təhsil Nazirliyi və Azərbaycan Güləş Federasiyasının ortaq təşkilatçılığıyla keçirilən birinciliyin 2-ci günündə sərbəst güləş üzrə 38, 44, 52, 62 və 75 kq-da qaliblər müəyyənləşib.

38 kq

1. Əli Rəcəbov (Gəncə, “Təhsil”)

2. Sərxan Musayev (Qax, ROİL)

3. Əlişirin Məlikli (Xəzər), Toğrul Əliyev (Salyan)

44 kq

1. Əkbər Əsgərov (Abşeron)

2. Mircəlal Hüseynov (Gəncə, “Təhsil”)

3. İmamrza Həmidzadə (Astara), Murad Mehdiyev (Zaqatala)

52 kq

1. Aslan Əmirov (Sabunçu)

2. Elcan Həsənov (Xəzər)

3. Muraz Hüseynov (Gəncə, “Təhsil”), Fərşid Həkimi (Şamaxı)

62 kq

1. Elcan Ağayev (Sumqayıt)

2. Ömər Əliyev (Sabunçu)

3. İslam Rəcəbov (Abşeron), Xəyal Şükürlü (Cəlilabad)

75 kq

1. Elvin Nəcəfzadə (Sabunçu)

2. Şadıyar Abbaszadə (Cəlilabad)

3. Yusif Qocayev (Qazax), Nəcməddin Məmmədli (Balakən)

Qeyd edək ki, sərbəst güləş üzrə yarışda komanda hesabında Gəncə (171) birinci, Sabunçu (107) ikinci, Abşeron (86) isə üçüncü yeri tutub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir