Məktəblilərin Respublika çempionatına start verilib

Bu gün FHN İdman-Sağlamlıq Klubunda güləş üzrə Məktəblilərin Respublika çempionatına start verilib.

Elm və Təhsil Nazirliyi və Azərbaycan Güləş Federasiyasının ortaq təşkilatçılığıyla keçirilən birincilikdə 15 yaşadək şagirdlər mübarizə aparır. Respublikanı əhatə edən 14 region üzrə keçirilən zona yarışlarında hər çəkidə ilk 2 yeri tutmuş güləşçilər final mərhələsində iştirak hüququ qazanıb. Məktəblilərin Respublika çempionatında qaliblər 11 çəki üzrə müəyyənləşir. Bu birincilikdə əlavə olaraq 35 kq-da da yarış keçirilir.

Çempionatın ilk günündə sərbəst güləş üzrə 35, 41, 48, 57, 68 və 85 kq-da medalçıların adına aydınlıq gəlib.

35 kq

1. Elman İsmayılov (Gəncə, “Təhsil”)

2. Akşin Əlizadə (Mingəçevir)

3. Hüseyn Əliyev (Gəncə, “Təhsil”), Oğuz Paşayev (Sabunçu)

41 kq

1. Həzrət Müzəffərov (Gəncə, “Təhsil”)

2. Əbülfəz Muxtarov (Qax, ROİL)

3. Hüseyn Əliyev (Gəncə, “Təhsil”), Zirəddin Rzayev (Lənkəran)

48 kq

1. Yusif Hüseynov (Gəncə, “Təhsil”)

2. İnqilab Yusibov (Qazax)

3. Yılmaz Səmədov (Siyəzən), İsmayıl Əliyev (Sumqayıt)

57 kq

1. Yəhya Yaqubov (Gəncə, “Təhsil”)

2. Əliəkbər Baxşıyev (Astara)

3. Siyasət Dadaşzadə (Lənkəran), Tərlan Bayramov (Qaradağ)

68 kq

1. Vaqif Həsənli (Abşeron)

2. İsmayıl Kərimov (Qəbələ)

3. Elvin Qədirov (Xətai), Ömər Qarazadə (Şamaxı)

85 kq

1. Elgün Kərimli (Lənkəran)

2. Səid Məmmədzadə (Sabunçu)

3. Rafael Əhədli (Abşeron), Səyyad İbrahimli (Qazax)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir