Bu gün güləş üzrə Avropa Olimpiya Təsnifat turniri start götürüb.
İlk yarış günündə yunan-Roma güləşi üzrə 114 idmançı Olimpiadaya lisenziya uğrunda mübarizə aparıb.
57 kq
Əliabbas Rzazadə ilk mərhələdə italiyalı Simyeno Pirodduya heç bir şans tanımayıb – 11:0. Həmyerlimiz 1/4 finalda türkiyəli Süleyman Atlıdan güclü olub – 6:0. Yarımfinalda 2022-ci ildə Avropa çempionatının finalında məğlub olduğu Vladimir Yeqorovla qarşılaşan Rzazadə Şimali Makedoniya təmsilçisindən revanş alıb – 4:3. Beləliklə, bu çəkidə Əliabbas və belaruslu Aryan Tsiutrin Paris-2024-ə lisenziya əldə edib.
65 kq
Hacı Əliyev doğma publika önündə sonuncu yarışını uğurla başa vurub. Millinin kapitanı fransalı Xamzat Arsamerzoyev (5:2), belaruslu Niurgun Skriabin (4:2) və albaniyalı son Avropa çempionu İslam Dudayev (6:3) üzərində qələbə qazanaraq 3-cü dəfə Olimpiadada çıxış etmək imkanına yiyələnib. Bu çəkidə hədəfinə çatan digər güləşçi gürcüstanlı Qoderji Cebiaşvili olub.
74 kq
Turan Bayramov isveçrəli Tobias Portmannı (10:0) vaxtından əvvəl, rumıniyalı Zurab Kaprayevi 5:1 hesabıyla, italiyalı Frank Çamizonu isə xalların keyfiyyətinə (8:8) görə üstələyərək 2-ci dəfə Olimpiadada iştirak hüququ əldə edib. Digər səbətdə belaruslu Maqomedxabib Kadimaqomedov eyni uğura imza atıb.
86 kq
Osman Nurmaqomedov litvalı Domantas Pavluçenkoya (11:0) tam üstünlüklə, isveçrəli Samuel Şerrerə 5:0, bolqarıstanlı Maqomed Ramazanova isə 6:2 hesabıyla qalib gələrək Olimpiya Oyunlarına vəsiqə qazanıb. Onunla eyni sevinci rusiyalı Artur Nayfonov bölüşüb.
97 kq
Maqomedxan Maqomedov dünya çempionatında lisenziya qazandığı üçün Bakıdakı yarışda bu çəkidə təmsilçimiz mübarizə aparmayıb. Rusiyalı Alixan Cəbrayılovla belaruslu Aleksandr Xuştin qitə arenasından Fransaya bilet əldə edib.
125 kq
Georgi Meşvildişvili italiyalı Abraham Konyedo (10:0) və bolqarıstanlı Alen Xubulova (7:0) şans verməyərək lisenziya missiyasını tamamlayıb. Bu çəkidə belarisli Yanis Xramankov da Olimpiadaya vəsiqə qazanıb.
Beləliklə, sərbəst güləş üzrə millimiz tam heyətlə – 6 güləşçiylə Paris-2024-də iştirak hüququ əldə edib.