Sərbəst güləş millimiz də Avropa çempionu oldu

Güləş üzrə U-23 Avropa çempionatı başa çatıb.

Sərbəst güləş üzrə millimiz digər komandalarımızın uğurunu davam etdirib.

1 qızıl, 2 gümüş və 2 bürünc medal qazanan yığmamız 137 xal toplayaraq komanda hesabında Avropa çempionu olub.

Türkiyə (119) ikinci, Moldova (96) isə üçüncü yeri tutub.

Xatırladaq ki, millimizin heyətində Cəbrayıl Qadjiyev qızıl, Kənan Heybətov (70 kq) və Ali Tsokayev (79 kq) gümüş, Nürəddin Novruzovla (61 kq) Arseniy Djioyev (86 kq) isə bürünc medal qazanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir