Güləşçilərimiz Gürcüstanda mübarizə aparacaq

Sabah Gürcüstanın Qori şəhərində sərbəst güləş üzrə “Şxireli kuboku”na start veriləcək.

U-20 yaş qrupu üzrə keçiriləcək turnirdə ölkəmizi məşqçilər Rövşən Hacıyevlə Nazim Əlicanovun rəhbərliyi altında Vasif Bağırov (57 kq), Camal Abbasov (61 kq), Musa Verdiyev (65 kq), Ramik Heybətov (70 kq), Əhməd Əhmədli (74 kq), Emin Qocayev (79 kq) və Sadiq Mustafazadə (86 kq) təmsil edəcək.

İki gün davam edəcək ənənəvi yarışda beynəlxalq dərəcəli hakimlər Xəzər Allahverdiyevlə Eldar Bayramov ədaləti qoruyacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir