Namiq Quliyev: “Bu uşaqlar gələcəyin olimpiya, dünya mükafatçılarıdır”

Yunanıstanın Lutraki şəhərində keçirilən Avropa çempionatında 140 xal toplayaraq ilk dəfə komanda hesabında çempion olan U-15 sərbəst güləş millimiz vətənə qayıdıb.

Heydər Əliyev Beynəlxalq Aeroportunda yığmamızı Gənclər və İdman Nazirliyinin, Azərbaycan Güləş Federasiyasının rəsmiləri, məşqçilər, idmançılar və KİV nümayəndələri qarşılayıb.

Böyük məşqçi Namiq Quliyev tarixi uğur haqqında bunları deyib:

“Xaçmaz Olimpiya İdman Kompleksində yüksək səviyyədə təlim-məşq toplanışı keçdik. Bu da öz nəticəsini verdi. Avropa çempionatından istədiyimiz nəticə ilə qayıtdıq. Qızıl medallarımızın sayı daha çox ola bilərdi. Rəşid Nazarov (52 kq) son saniyələrdə çempionluğu əldən verdi. Komanda şəklində çempionluq qürurvericidir. Bu, hər məşqçiyə qismət olmur. Bu komanda fundamentdir. Bu uşaqlar gələcəkdə olimpiya, dünya mükafatçıları olacaqlar. Bu yolda onlara uğurlar arzulayıram”.

Daha sonra Avropa çempionu İbrahim Həsənov (41 kq) və bürünc medalın sahibi Asim Əliyev (57 kq) təəssüratlarını bölüşüb.

Sonda xatirə şəkli çəkdirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir