Xatirə turnirində üç medal

Mayın 11-dən 13-dək Rusiyanın Kaspiysk şəhərində gənc (U-20) yunan-Roma güləşçiləri arasında Surakat Asiyatilov Memorialı keçirilib.

7 ölkədən 190 güləşçinin qatıldığı xatirə turnirində məşqçilər Emin Əhmədovla Zöhrab Abbasovun rəhbərliyi altında müvafiq yarş qrupu üzrə milli komandanın üzvləri iştirak edib. Ənənəvi yarışda 3 güləşçimiz fəxri kürsüyə qalxıb. Təvəkgül Həziyev (67 kq) gümüş, Tural Əhmədovla (60 kq) Cocu Səmədov (87 kq) isə bürünc medal qazanıb.

Memorialda beynəlxalq hakimlərimizdən Həbib Nurulu və Kənan Hacıəliyev ədaləti qoruyub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir