3 yunan-Roma güləşçimiz Olimpiadaya vəsiqə qazanıb

Bu gün Türkiyənin İstanbul şəhərində güləş üzrə Dünya Olimpiya Təsnifat turnirinə start verilib.

İlk yarış günündə yunan-Roma güləşi üzrə mübarizə baş tutub.

Murad Məmmədov (60 kq) latviyalı Aleksandrs Yurkyansa (10:1) və almaniyalı Kristofer Kramerə (10:1) tam üstünlüklə qalib gələrək 1/4 finala yüksəlib. Polşalı Mixal Trakzı da 5:1 hesabıyla üstələyən Məmmədov adını yarımfinala yazdırıb. Murad yarımfinalda rumıniyalı Razvan Arnaut üzərində 8:2 hesablı qələbə qazanaraq Olimpiya Oyunlarına vəsiqə qazanıb.

Rafiq Hüseynov (87 kq) ilk mərhələdə yunanıstanlı İlyas Paqkalidisi (3:1) yolundan kənarlaşdırdıqdan sonra hindistanlı Kumar Sunilə son saniyədə aldığı xallarla (4:3) qalib gəlib. Təcrübəli güləşçimiz isveçli Aleksis Kessidisi də 2:1 hesabıyla məyus edərək yarımfinala adlayıb. Həlledici görüşdə 2019-cu ildə dünya çempionatının finalında məğlub olduğu Laşa Qobadzeylə qarşılaşan Hüseynov 3:1 hesablı qələbəylə Paris-2024-ə bilet əldə edib.

Murad Əhmədiyev (97 kq) təsnifat mərhələsində sonuncu xal prinsipinə əsasən estoniyalı Riçard Karelsonu (1:1) mübarizədən kənarlaşdırsa da, 1/8 finalda yaponiyalı Yuri Nakazatoya məğlub olub – 1:3.

Sabah Şəriəti (130 kq) ilk mərhələdə yunanıstanlı Nikolaos Ntunyasdan güclü olub – 8:3. Milli üzvü 1/8 finalda qırğızıstanlı Roman Kimə tam üstünlüklə (10:0), 1/4 finalda isə litvalı Mantas Knistautasa sonuncu xal prinsipinə əsasən (1:1) qalib gəlib. Sabah yarımfinalda belaruslu Pavel Qlinçuku da sonuncu xal prinsipinə əsasən (1:1) üstələyərək Olimpiadaya lisenziya qazanıb.

Beləliklə, yunan-Roma güləşi üzrə millimizin Paris-2024 Olimpiadası üçün qazandığı lisenziyaların sayı 5-ə çatıb.  

60kg GR – Murad Mammadov (AZE)
60kg GR – Murad Mammadov (AZE)
87kg GR – Rafig Huseynov (AZE)
130kg GR – Sabah Shariati (AZE)
97kg GR – Yuri Nakazato (JPN) df. Murad Ahmadiyev (AZE)
87kg GR – Rafig Huseynov (AZE)
130kg GR – Sabah Shariati (AZE)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir