Güləş üzrə Avropa Olimpiya Təsnifat turniri davam edir.
İkinci yarış günündə qadın güləşi üzrə 83 idmançı Olimpiadaya lisenziya uğrunda mübarizə aparıb.
50 kq
Mariya Stadnik (50 kq) mübarizəyə 1/4 finaldan qoşulub. Titullu güləşçimiz ilk dəqiqədə litvalı Qabija Diliteyə tam üstünlüklə (10:0) qalib gəlsə də, yarımfinalda ukraynalı Oksana Livaça “tuş”la məğlub olub. Livaçla yanaşı, rusiyalı Nadejda Sokolova Paris-2024 biletini əldə edib.
53 kq
Elnurə Məmmədova təsnifat mərhələsində makedoniyalı Veronika Ryabovolovaya “tuş”la məğlub olub. Bu çəkidə rusiyalı Natalya Malişevayla rumıniyalı Ana Beatris Olimpiadaya vəsiqə qazanıb.
57 kq
Jalə Əliyeva 1/4 finalda ukraynalı Alina Akobya ilə bacarmayıb – 0:10. Belaruslu İrina Kuraçkina və almaniyalı Sandra Paruşevski Olimpiya Oyunlarına lisenziyaya sahib çıxıb.
62 kq
Birgül Soltanova debütdə fransalı Amelin Duarreyə uduzub – 4:6. Bu kateqoriyada Bilyana Dudova (Bolqarıstan) və Alina Kasabiyeva (Rusiya) Paris-2024 biletini əldə edib.
68 kq
Elis Manolova ilk mərhələdə bolqarıstanlı Mimi Xristovaya məğlub olub – 2:4. Bu çəkidə Rusiyanı təmsil edən soydaşımız Xanım Vəliyevayla polşalı Viktoriya Çoluj lisenziyaya sahib olub.
76 kq
Təmsil olunmadığımız ən ağır çəkidə Bernadett Naqi (Macarıstan) və Yasemin Adar (Türkiyə) öz ölkələrinə lisenziya qazandırıblar.