Aprelin 23-dən 26-dək sərbəst və yunan-Roma güləşi üzrə U-17 Azərbaycan çempionatı keçiriləcək.
Azərbaycan Güləş Federasiyası ilə Gənclər və İdman Nazirliyinin ortaq təşkilatçılığıyla baş tutacaq yarış müvafiq yığma komandalara seçim xarakteri daşıyır. Hövsan qəsəbəsində yerləşən FHN İdman-Sağlamlıq Klubunda təşkil ediləcək yarışın ilk 2 günündə sərbəst, növbəti 2 gündə isə yunan-Roma güləşi üzrə qaliblər müəyyənləşəcək. Görüşlər hər gün saat 10:00-da başlayacaq.
Qeyd edək ki, yarışı beynəlxalq və milli dərəcəli hakimlər idarə edəcək.