Sərbəst güləş millimiz Avropa üçüncüsü oldu

Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə Avropa çempionatına yekun vurulub.

Qitə birinciliyinin son 3 günündə sərbəst güləş üzrə mübarizə baş tutub.

Baş məşqçi Xetaq Qazyumov, böyük məşqçi Cəbrayıl Həsənov, məşqçilər Taymuraz Kokoyev və Şərif Şərifovun rəhbərliyi altında yarışda iştirak edən 10 güləşçimizdən yeddisi fəxri kürsüyə qalxıb.

Bir gümüş, iki gümüş və altı bürünc medal qazanan millimiz 122 xal toplayaraq, komanda hesabında Avropa üçüncüsü olub. Türkiyə (140) birinci, Gürcüstan (130) isə ikinci yeri tutub.

Xatırladaq ki, komandamızda Maqomedxan Maqomedov (97 kq) gümüş, İslam Bazarqanov (57 kq), Nürəddin Novruzov (61 kq), Əli Rəhimzadə (65 kq), Turan Bayramov (74 kq), Arseniy Djoyev (86 kq) və Georgi Meşvildişvili (125 kq) bürünc medal qazanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir