Lisenziya turniri üçün son hazırlıq prosesi başlayıb

Güləş üzrə milli komandalarımız 5-7 apreldə keçiriləcək Avropa Olimpiya Təsnifat turnirinə hazırlığı Bakıda davam etdirir.

Sərbəst güləş üzrə millimiz martın 17-dən təlim-məşq toplanışına başlayıb. Türkmənistan, Macarıstan və İspaniya yığmaları ilə yanaşı, İtaliya, Estoniya və Bolqarıstandan bir neçə güləşçi də Güləş Federasiyasının təlim-məşq bazasında keçirilən hazırlıq prosesinə qatılıb.

Qadın güləşçilərimiz də həmin tarixdən etibarən sonuncu toplanışa start verib. Yaxın günlərdə Rusiya və Rumıniya kimi güclü millilərin də komandamızla birgə hazırlıq prosesində iştirakı gözlənilir.

Yunan-Roma güləşi üzrə yığma isə martın 22-də eyni məkanda toplanışa başlayacaq. Almaniya, Serbiya və İspaniyanın da müvafiq komandalarının paytaxtımıza təşrif buyuracaq. Birgə toplanışa İtaliya və ABŞ-dan bir neçə güləşçinin qatılması da planlaşdırılır.

Xatırladaq ki, Avropa Olimpiya Təsnifat turnirinin proqramına əsasən, 5 apreldə yunan-Roma güləşi, 6 apreldə qadın güləşi, 7 apreldə isə sərbəst güləş üzrə mübarizə baş tutacaq. Yarışın biletlərini iticket.az saytından və “İticket”in satış nöqtələrindən almaq mümkündür.      

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir