Güləşçilərimiz ənənəvi yarışda 4 medal qazandı

Türkiyənin Antalya şəhərində güləş üzrə Yaşar Doğu & Vehbi Əmrə turniri keçirilib.

Ənənəvi yarışda ölkəmizi yunan-Roma və sərbəst güləş üzrə milli komandaların üzvləri təmsil edib.

Yunan-Roma güləşində Ziya Babaşov (63 kq) gümüş, Tural Mehtiyev (55 kq) isə bürünc medal qazanıb. Sərbəst güləşdə Musa Ağayev (65 kq) gümüş, Ramiz Həsənov (79 kq) isə bürünc medal əldə edib.

Qeyd edək ki, 25 ölkədən 600-dən artıq güləşçinin qatıldığı turnirdə beynəlxalq dərəcəli hakimlərimiz Əli Babayev və Elgün Məmmədov ədaləti qoruyub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir