Qadın güləşçilər Göygöldə toplanış keçir

Qadın güləşi üzrə millimiz bu gün növbəti təlim-məşq toplanışına start verib.

Böyüklər, U-20 və U-17 yığma komandaların üzvlərindən formalaşmış geniş heyət Göygöl Olimpiya İdman Kompleksində məşqlərə başlayıb. Martın 10-dək davam edəcək hazırlıq prosesində böyük məşqçi Toğrul Əsgərov, məşqçi Ağahüseyn Mustafayev, eləcə də U-20 və U-17 milli komandanın böyük məşqçisi Rövşən Umudovla Solmaz Adilovanın rəhbərliyi altında 27 güləşçi yer alıb.

Qeyd edək ki, hazırlıq prosesində yer alan güləşçilərin bir qismi martda Türkiyənin Antalya şəhərində keçiriləcək “Zəfər kuboku” və “Çempionlar” turnirində iştirak edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir