Yunan-Roma güləşi üzrə millimiz növbəti təlim-məşq toplanışına başlayıb.
Yığmamız bu gündən Rusiyanın Vladiqafqaz şəhərində hazırlıq prosesinə start verib. Martın 6-dək davam edəcək toplanışda baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçilər Həsən Əliyevlə Elvin Mürsəliyevin rəhbərliyi altında Rəşad Məmmədov (55 kq), Nihat Məmmədli (60 kq), Həsrət Cəfərov (67 kq), Sənan Süleymanov, Xasay Həsənli (hər ikisi 77 kq), Rafiq Hüseynov (87 kq), Murad Əhmədiyev, Murat Lokyayev, Arif Niftullayev (hamısı 97 kq), Beka Kandelaki, Sabah Şəriəti və Sərxan Məmmədov (hamısı 130 kq) iştirak edir.
Zədəsini bərpa etdirən digər yığma üzvləri məşqçi Kamran Məmmədovun nəzarəti altında Azərbaycan Güləş Federasiyasının təlim-məşq bazasında hazırlıq keçir.