Sərbəst güləş üzrə U-17 milli komandamız növbəti təlim-məşq toplanışına başlayıb.
Bu gün Xaçmaz Olimpiya İdman Kompleksində startı verilən hazırlıq prosesi martın 9-dək davam edəcək. Həm fiziki, həm də taktiki-texniki çalışmaların yer alacağı toplanışda böyük məşqçi Əsgərxan Novruzov, məşqçilər Vahid Məmmədov və Yaşar Əliyevin rəhbərliyi altında 28 güləşçi iştirak edir.
TMT 12-14 martda Türkiyədə keçiriləcək Zəfər kubokuna və 10-16 iyunda Finlandiyada təşkil ediləcək Avropa çempionatına hazırlıq xarakteri daşıyır.