Həsrət titulunu qorudu, Nihat ilk dəfə Avropa çempionu oldu

Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə Avropa çempionatı davam edir.

Yunan-Roma güləşi üzrə mübarizəyə yekun vurulub.

Nihat Məmmədli (60 kq) finalda moldovalı dünya və Avropa çempionu Viktor Çiobanu ilə qarşılaşıb. Gənc güləşçimiz təcrübəli rəqibinə 8:3 hesabıyla qalib gələrək ilk dəfə böyüklər arasında Avropa çempionu olub.

Həsrət Cəfərov (67 kq) finalda rusiyalı Ruslan Biçurinlə qarşılaşıb. 8:5 hesablı qələbəylə titulunu qoruyan 21 yaşlı güləşçimiz 2 Avropa çempionu ünvanına sahib çıxıb.

Ülvü Qənizadə (72 kq) isə titulunu qoruya bilməyib. Güləşçimiz finalda türkiyəli Selçuk Cana 0:2 hesabıyla məğlub olaraq gümüş medalla kifayətlənib.

Rafiq Hüseynov (82 kq) təsəlliverici görüşdə gürcüstanlı Gela Bolkvadzeylə bacarmayıb – 0:9.  

60kg GR – Nihat Zahid Mammadli (AZE)
67kg GR – Hasrat Jafarov (AZE)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir