Güləş Federasiyası yeni layihəyə start verib

Azərbaycan Güləş Federasiyası ölkədə güləşin sağlam təməllər üzərində möhkəmlənməsi və sistemli inkişafı üçün müxtəlif layihələri həyata keçirir.

Belə layihələrdən biri də bu gün start götürüb. Cari ildə yetirmələri U-15 və U-17 Avropa və dünya çempionatlarında medal qazanan şəxsi məşqçilərlə görüş keçirilib. Federasiya bu məşqçilərlə sıx əməkdaşlığa başlayır.

Belə ki, qarşıdakı 1 il ərzində AGF tərəfindən xidmət haqqı alacaq mütəxəssislər yerlərdə güləş bölmələrinin açılmasında yaxından iştirak edəcək. Bu istiqamətdə təbliğat və təşviqat işlərində federasiya tərəfindən tam dəstək veriləcək və daha çox yeniyetmənin güləşə cəlb olunması üçün bütün zəruri tədbirlər görüləcək.

Qeyd edək ki, 2028 və 2032 Olimpiya Oyunları üçün daha güclü və rəqabətli heyəti formalaşdırmaq üçün həyata keçiriləcək digər layihələrlə bağlı da ictimaiyyətə məlumat veriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir