İyunun 1-dən 4-dək Qırğızıstanın paytaxtı Bişkekdə reytinq turniri keçiriləcək.
“Bişkek Arena”da keçiriləcək yarışda ölkəmizi 7 güləşçi təmsil edəcək.
İyunun 2-də Jalə Əliyeva (57 kq) və Elis Manolova (62 kq) baş məşqçi Semyon Çterevin rəhbərliyi altında mübarizə aparacaq. Daha sonra baş məşqçi Xetaq Qazyumovun rəhbərliyi altında sərbəst güləşçilər xalçaya çıxacaq. Turnirin son günündə Əli Rəhimzadə (65 kq), Turan Bayramov, Xadjimurad Qadjiyev, Cəbrayıl Qadjiyev (hamısı 74 kq) və Abubakr Abakarov (86 kq) güləşəcək.
Görüşlər hər gün Bakı vaxtı ilə 08:30-da başlayacaq. Medallar uğrunda görüşlərə isə 16:00-da start veriləcək.
Qeyd edək ki, Bişkekdə 1-ci kateqoriyalı hakim Elman İsmayılov ədaləti qoruyacaq.
