Yunan-Roma güləşi üzrə yığma Avropa ikincisi oldu

Albaniyanın paytaxtı Tiranada keçirilən U-17 Avropa çempionatında yunan-Roma güləşi üzrə yarış başa çatıb.

Qitə birinciliyində 6 medal qazanan millimiz 118 xal toplayaraq komanda hesabında 2-ci yeri tutub. Yığmamız yalnız Gürcüstandan (185) geri qalıb.

Qeyd edək ki, millimiz AÇ-də 1 qızıl və 5 bürünc medal əldə edib. Turan Daşdəmirov (45 kq) bütün rəqiblərinə qalib gələrək Avropa çempionu olub. Elnar Ziyadov (48 kq), Əli Seyidəlili (51 kq), Ayxan Cavadov (55 kq), Elmin Əliyev (80 kq) və Mahir Qurbanlı (110 kq) isə bürünc medal qazanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir