Türkiyənin İstanbul şəhərində güləş üzrə U-17 dünya çempionatı davam edir.
Yarışın 4-cü günündə qızlardan ibarət millinin son 2 üzvü xalçaya çıxıb.
Ruzanna Məmmədova (53 kq) qırğızıstanlı Əzizə Şumkarova (4:0) və hindistanlı Racnita Racnitaya (4:2) qalib gələrək 1/4 finala yüksəlib. Ancaq bu mərhələdə italiyalı Fabiana Rinellaya 1:4 hesabıyla məğlub olub.
Zəhra Kərimzadə (69 kq) polşalı Paulina Kuçarjikə 5:2 hesabıyla üstələyərək 1/4 finala vəsiqə qazanıb. Ancaq o da yarımfinalın 1 addımlığında serbiyalı Evelin Ujeljiyə “tuş”la məğlub olub.
