Daha 5 sərbəst güləşçimiz DÇ-də çıxış etdi

İordaniyanın paytaxtı Ammanda güləş üzrə U-20 dünya çempionatı davam edir.

Yarışın ikinci günündə 61, 74, 86, 92 və 125 kq-da yer alan sərbəst güləşçilər mübarizəyə qoşulub.

Musa Ağayev (61 kq) təsnifat mərhələsində yaponiyalı Rin Sakamotoya “tuş”la məğlub olub.

Elxan Qarayev (74 kq) 1/8 finalda amerikalı Mişel Mesenbrinkə müqavimət göstərə bilməyib – 1:12. Rəqib finala yüksəldiyi üçün həmyerlimiz təsəlliverici görüşlərdə iştirak hüququ qazanıb. Qarayev moldovalı Yon Markuya tam üstünlüklə (13:2) qalib gəlsə də, hindistanlı Jaydep Jaydepə “tuş”la uduzub.

Təbriz Bayramov (86 kq) 1/8 finalda türkmənistanlı Orazmuhammet Hocaliyevə 3:9 hesabıyla məğlub olub.

Rəvan Musayev (92 kq) yaponiyalı İssa Kikuçiyə “tuş”la qalib gələrək 1/8 finala yüksəlsə də, ermənistanlı Knyaz İboyana minimal fərqlə (2:3) uduzub.

Yusif Dursunov (125 kq) Şimali Makedoniya təmsilçisi Teodor Georgiyevə tam üstünlüklə (10:0) qalib gəlsə də, 1/4 finalda rusiyalı Səid-Həsən Axmatova (1:5), təsəlliverici görüşdə isə hindistanlı Rajat Ruhala (4:14) məğlub olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir