Fərid Sadıxlı dünya ikincisi oldu

İordaniyanın paytaxtı Ammanda güləş üzrə U-20 dünya çempionatı davam edir.

Yarışın 5-ci günündə yunan-Roma güləşçilərimiz mübarizəyə start verib.

Fərid Sadıxlı (55 kq) macarıstanlı Edmond Domokosa (8:0) və iordaniyalı Xalid Əhmədə (9:0) tam üstünlüklə qalib gələrək 1/4 finala yüksəlib. Güləşçimiz özbəkistanlı Əlişir Qəniyevlə gərgin keçən görüşdə də sevinən tərəf olub – 5:1. Sadıxlı yarımfinalda isə iranlı Əli Vəfanı ilk hissədə xalçadan məyus yola salıb – 9:0. Fərid finalda qazaxıstanlı İsxar Kurbayevə 1:5 hesabıyla məğlub olub və dünya çempionatında gümüş medal qazanıb.

Fəraim Mustafayev (63 kq) təsnifat mərhələsində ermənistanlı Yurik Hoveyana xalların keyfiyyətinə görə (7:7) məğlub olub.

Davud Məmmədov (77 kq) debütdə gürcüstanlı Tornike Mikeladzeyə uduzub – 0:2.

Əli Quliyev (87 kq) 1/8 finalda fransalı Ali Maqamadova minimal fərqlə (8:9) məğlub olub.

Məzaim Mərdanov (130 kq) ilk mərhələdə misirli Fekri Eissaya müqavimət göstərə bilməyib – 0:9.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir