Üç yunan-Roma güləşçimiz DÇ-də çıxış etdi

Serbiyanın paytaxtı Belqradda güləş üzrə dünya çempionatı davam edir.

Yarışın yeddinci günündə 60, 72 və 97 kq-da yer alan yunan-Roma güləşçiləri mübarizəyə qoşulub.

Nihat Məmmədli (60 kq) əvvəlcə kubalı Kevin De Armas (6:2), daha sonra isə italiyalı Yakopo Sandron (8:0) üzərində inamlı qələbə qazanıb. Təəssüf ki, 1/4 finalda ermənistanlı Gevorq Qaribyana 1:3 hesabıyla məğlub olub.

Mübarizəyə 1/8 finaldan başlayan Ülvü Qənizadə (72 kq) norveçli Hovard Yorgenseni çətinliklə (4:3) üstələsə də, 1/4 finalda yaponiyalı Şinqo Haradaya uduzub – 4:6.

Arif Niftullayev (97 kq) litvalı Mindauqas Venkaytislə görüşdə zədə səbəbindən mübarizəni dayandırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir