Dünya çempionu olan millinin təntənəli qarşılanma mərasimi keçirilib

Serbiyada keçirilən dünya çempionatında tarixi uğura imza atan yunan-Roma güləşi üzrə millimiz vətənə qayıdıb.

Heydər Əliyev Beynəlxalq Aeroportunda ilk dəfə komanda hesabında dünya çempionu olan yığmamızın təntənəli qarşılanma mərasimi keçirilib.

Gənclər və idman naziri Fərid Qayıbov hava limanında Belqradda tarix yazan idmançı və məşqçi heyəti ilə görüşüb, onları təbrik edib, gələcək yarışlarda uğurlar arzulayıb. Mərasimdə GİN nümayəndələriylə yanaşı, AGF rəsmiləri, məşqçilər, idmançılar, milli üzvlərinin yaxınları və media nümayəndələri iştirak edib.

Eldəniz Əzizli, Rafiq Hüseynov və Həsrət Cəfərov brifinqdə jurnalistlərin suallarını cavablandırıb.

Xatırladaq ki, 120 xalla dünya çempionu olan yığmamız 2 qızıl, 3 gümüş medal və 2 olimpiya lisenziyası qazanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir