Oktyabrın 23-dən 29-dək Albaniyanın paytaxtı Tiranada güləş üzrə U-23 dünya çempionatı keçiriləcək.
Yarışda ölkəmizi təmsil edəcək millilərimiz son təlim-məşq toplanışını keçir. Sərbəst güləş üzrə yığmamız oktyabrın 4-dən Rusiyada hazırlıq prosesinə başlayıb. Vladiqafqazda reallaşan toplaşan ayın 18-dək davam edəcək.
Yunan-Roma və qadınlardan ibarət komandalarımız isə dünya çempionatına Bakıda hazırlaşır. Məşqlər Azərbaycan Güləş Federasiyasının təlim-məşq bazasında keçirilir.
Qeyd edək ki, “Feti Borova” idman kompleksində təşkil ediləcək mundialın ilk günlərində sərbəst (23-25 oktyabr), daha sonra qadın (25-27 oktyabr), ən sonda isə yunan-Roma güləşi (27-29 oktyabr) üzrə mübarizə baş tutacaq. Dünya çempionatında I-S kateqoriyalı hakim İntiqam Alıyev ədaləti qoruyacaq.