By editor_awf43
- Oktyabr 20, 2023
- Xəbərlər
- 170 Views
Azərbaycan Güləş Federasiyası ölkəmizdə bu idman növünün daha da inkişaf etməsi üçün müxtəlif layihələrin icrasını davam etdirir.
Bunlardan biri də sabah başlayacaq güləş məşqçilərinin ümumrespublika seminarıdır. Oktyabrın 17-dən 25-dək keçiriləcək tədbirdə məqsəd bu sahədə çalışan mütəxəssislərin bilik və bacarıqlarını daha da təkmilləşdirmək, o cümlədən yarışlar zamanı məşqçilərin davranış qaydalarını, xalların qiymətləndirilməsini diqqətə çatdırmaqdır. Bu məqsədlə, AGF-nin məşqçi və hakimlərdən ibarət heyəti müxtəlif bölgələrə səfər edərək nəzəri və praktiki təlimlər keçəcək.
Seminar 6 hissəyə bölünüb. Proqrama əsasən, tədbir Gəncə (17 oktyabr), Göyçay (18 oktyabr), Sabirabad (19 oktyabr), Xırdalan (20 oktyabr), Bakı (23 oktyabr) və Naxçıvanda (25 oktyabr) baş tutacaq. Seminarda 500-ə yaxın məşqçinin iştirakı gözlənilir.
