Reytinq turnirinə 2 gümüş medalla start
Macarıstanın paytaxtı Budapeştdə reytinq turnirinə start verilib.
İlin son reytinq turnirinin ilk günündə sərbəst güləş üzrə millinin 3 üzvü xalçaya çıxıb.
İslam Bazarqanov (57 kq) belaruslu Aryan Tsiutrinə (5:2), qazaxıstanlı Adilet Almuxamedova (10:2) və gürcüstanlı Roberti Dinqaşviliyə (5:2) qalib gələrək finala yüksəlib. İslam finalda amerikalı Luk Lilledala 1:3 hesabıyla məğlub olaraq gümüş medalı boynundan asıb.
Əli Rəhimzadə (65 kq) gürcüstanlı Qoderdzi Cebisaşviliyə (3:1), qazaxıstanlı Şerxan Abilə (11:0) və bəhreynli Alibeq Alibeqova (9:2) qalib gələrək finala vəsiqə qazanıb. Əli həlledici görüşdə hindistanlı Suceet Suceetə 1:5 hesabıyla uduzub və fəxri kürsünün ikinci pilləsində özünə yer edib.
Kənan Heybətov (70 kq) təsnifat mərhələsində iranlı Abbas İbrahimzadəsavadxuiyə 4:9 hesabıyla məğlub olubsa, Giorgi Meşvildişvili (125 kq) zədələndiyi üçün yarışda iştirak etməyib.
