Yunan-Roma güləşi üzrə millimiz də Avropa çempionu oldu

Yunan-Roma güləşi üzrə millimiz də Avropa çempionu oldu

Slovakiyada keçirilən qitə birinciliyində sərbəst güləş üzrə millimizin ardınca yunan-Roma güləşi üzrə millimiz də Avropa çempionu olub.

Qitə birinciliyində 3 qızıl, 1 gümüş və 2 bürünc medal qazanan yunan-Roma güləşi üzrə millimiz 151 xalla komanda hesabında Avropanın ən güclüsü olub.

Bununla da yunan-Roma güləşi üzrə milli komandamız 2-ci dəfə Avropa çempionu oldu. Yığmamız 3 il əvvəlki uğurunu təkrarlayıb. Qitə birinciliyində Türkiyə (110) ikinci, Macarıstan (104) isə üçüncü yeri tutub.

Xatırladaq ki, təmsilçilərimizdən Nihat Məmmədli (60 kq), Həsrət Cəfərov (67 kq) və Qurban Qurbanov (82 kq) qızıl Eldəniz Əzizli (55 kq) gümüş Ülvü Qənizadə (72 kq) və İslam Abbasov (87 kq) isə bürünc medal qazanıb.

Qeyd edək ki, 2022-ci ildə də həm sərbəst, həm də yunan-Roma güləşi üzrə millimiz komanda hesabında Avropa çempionu olmuşdu.

Team Azerbaijan
Team Podium GR – Gold: Azerbaijan, Silver: Türkiye, Bronze: Hungary