Yunan-Roma güləşi üzrə millimiz 12 medalla Avropa çempionu oldu!

Xorvatiyanın paytaxtı Zaqrebdə güləş üzrə U-15 Avropa çempionatına yekun vurulub.
Qitə birinciliyinin son gününə yunan-Roma güləşçilərimiz damğasını verib. Belə ki, heyətdə yer alan 13 güləşçidən 12-si fəxri kürsüyə qalxıb.
38 kq
Əli Sucayev estoniyalı Mario Kaljola (9:0), israilli Nikita Mayzenberq (11:2), bolqar Kaloyan İvanov (8:0) və macar Keve Kovaça (9:0) qalib gələrək finala yüksəlib. Həlledici görüşdə niderlandlı Raffaele Haytı “tuşe” ilə məğlub edən Sumqayıt güləş məktəbinin yetirməsi Avropa çempionu olub.
41 kq
Turan Daşdəmirov gürcü Simon Basilia (5:0), türkiyəli Abdulsamet Ucar (10:0), rumıniyalı Luis Vlad (2:2) və erməni Yurik Mxitaryana (8:2) qalib gələrək Avropa çempionu olub.
Əli Nəzərov serbiyalı Mixaylo Mitroviçlə (8:0) polşalı Patrik Krobskini (10:0) üstələsə də, yarımfinalda Yurik Mxitaryana məğlub olub – 3:6. Nəzərov ukraynalı Boqdan Makarovetsə (9:0) gücünü göstərərək bürünc medal qazanıb.
44 kq
Əmrah Əmrahov polşalı Pyotr Tomaşevski (8:0) və moldovalı Viktor Postika (tuşe) üzərindəki qələbələrlə adını yarımfinala yazdırıb. Macar Petro Jitovoza 3:6 hesabıyla uduzan Əmrah rumıniyalı Yonut Mereutanı minimal fərqlə (5:4) məyus edərək 3-cü yeri tutub.
48 kq
Səyyad Nağızadə yunan Antonios Adamu (tuşe), moldovalı Alin Muraru (3:1), ukraynalı Yuri Yasinski (2:0) və niderlandlı İlias Lauinaya (6:3) qalib gələrək finala yüksəlib. Həlledici qarşılaşmada gürcü Erekle Tavberidzeyə (1:5) məğlub olan həmyerlimiz gümüş medalla kifayətlənib.
Nicat Dadaşov 1/8 finalda türkiyəli Melih Yeginə uduzub – 0:3.
52 kq
Ayxan Cavadov ukraynalı Sergey Yarçenko (9:1), serbiyalı Lazar Dediç (9:0) və türkiyəli Umut Güldən (8:1) güclü olub. Ancaq finalda gürcü Vaxtanq Loluaya sonuncu xal prinsipinə əsasən (1:1) məğlub olaraq gümüş medalı boynundan asıb.
57 kq
Yusif Əhmədli xorvatiyalı Alvin Krnoyeviç (tuşe), estoniyalı Robi Kristyuhan (10:0), gürcü Giorgi Rokua (9:0), türk Ömər Orel (9:0) və bolqar Tsvetelin Angelova (tuşe) qalib gələrək Avropa çempionu olub.
62 kq
Emil Abdullayev estoniyalı Mardo Aermus (5:0), israilli Əmir Rəcəbov (8:0), xorvatiyalı Jure Raykoviç (8:0), macar Ferenç Buday (8:7) və türkiyəli İsmayıl Bərəkətə (12:2) qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Cavad Məmmədov ilk mərhələdə bolqar Valentin Valentinovu (9:0) mübarizədən kənarlaşdırdıqdan sonra 1/8 finalda İsmayıl Bərəkətə (6:8) uduzub. Ancaq Cavad moldovalı Nikita Apostol (10:1), gürcü Giga Şaynidze (4:0) və erməni Samvel Terteryanı (4:1) yenərək bürünc medal qazanıb.
68 kq
Elnur Hüseynov israilli Timur Nadorgin (9:0) və gürcü Luka Koçalidze (2:0) üzərindəki qələbələrlə yarımfinala vəsiqə qazanıb. Ancaq finalın bir addımlığında ukraynalı Kirilo Uxrikə sonuncu xal prinsipinə əsasən məğlub olub – 1:1. Elnur bürünc medal uğrunda görüşdə italiyalı Nilo Virgiliyə heç bir şans tanımayıb – 9:0.
75 kq
Orxan Hacıyev yunan İlias Çatzopulos (9:0), türk Muhammet Emin Uyumaz (8:4) və serbiyalı Duşan Stokiçə (10:0) qalib gələrək finala yüksəlib. Həlledici qarşılaşmada gürcü Giorgi Aladaşviliyə 0:2 hesabıyla uduzan Orxan gümüş medalı boynundan asıb.
85 kq
Mikayıl İsmayılov ilk görüşdə macar Andras Budaya 3:1 hesabıyla qalib gəldikdən sonra 1/4 finalda ukraynalı İliya Burişevlə bacarmayıb – 0:4. Ancaq yunan Yannis Zosimidislə (8:0) israilli İllia İvanovu (8:0) məğlub edən Mikayıl bürünc medal qazanıb.
Beləliklə, yunan-Roma güləşi üzrə millimiz 4 qızıl, 3 gümüş və 5 bürünc medal qazanıb. Azərbaycan komanda hesabında 205 xalla Avropa çempionu olub! Komandamız 2-ci yeri tutan Türkiyəni xal qabaqlayıb
Qeyd edək ki, medalların həm sayına, həm əyarına, həm də toplanan xallara görə bu nəticə U-15 Avropa çempionatlarında Azərbaycan yunan-Roma güləşi üçün rekord göstəricidir.

