Sərbəst güləşçilərin Yakutsk sınağı

Rusiyanın Yakutsk şəhərində sərbəst güləş üzrə Roman Dmitriyev memorialı keçirilir.
Martın 10-dək davam edəcək xatirə turnirində ölkəmiz 3 güləşçi təmsil edəcək.
Gənclərdən ibarət millinin məşqçisi Rövşən Hacıyevin rəhbərliyi altında Ayxan Abdullazadə (65 kq), İsmayıl Rəhimli (70 kq) və Ağanəzər Novruzov (74 kq) ənənəvi yarışda mübarizə aparacaq.
