Güləş hakimlərinin növbəti uğuru

Güləş hakimlərinin növbəti uğuru

Azərbaycan güləş hakimliyi növbəti uğurlarına imza atıb.

26-30 iyulda Varşavada keçirilən “Poland Open” turnirində imtahandan uğurla keçən Zaur Şərifov I kateqoriyaya yüksəlib.

Milli dərəcəli hakim Kamran Baxışov isə U-15 Avropa çempionatında etimadı doğruldub. 6-9 iyun Macarıstanın Kaposvar şəhərində uğurlu idarəçilik edən həmyerlimiz beynəlxalq dərəcəli hakim statusu alıb və III kateqoriyaya sahib çıxıb.