Esra Məmmədli Avropa çempionatında 5-ci oldu

Xorvatiyanın paytaxtı Zaqrebdə güləş üzrə U-15 Avropa çempionatı start götürüb.
İyulun 16-da başlayan qitə birinciliyinin ilk günündə qadın güləşi üzrə mübarizə baş tutub. Ölkəmizi bu növdə 2 güləşçi təmsil edib.
Esra Məmmədli (50 kq) ilk görüşdə hollandiyalı Ssilla Van Osa (4:7), Sofiya Rüstəm (58 kq) isə türkiyəli Yağmur Şenə (1:5) məğlub olub. Ancaq Esranın rəqibi finaladək irəlilədiyi üçün bürünc medal qazanmaq şansı yaranıb.
Məmmədli yarışın ikinci günündə təsəlliverici görüşlərdə bolqar Stefani Lazarova (6:0) və hollandiyalı Jozefyen Kumansa (4:1) qalib gəlib. Esra 3-cü yer uğrunda qarşılaşmada macar Emese Şeqlediylə bacarmayıb (1:10) və qitə birinciliyini 5-ci pillədə tamamlayıb.
