AÇ-nin son günündə 3 qızıl və 1 bürünc medal

AÇ-nin son günündə 3 qızıl və 1 bürünc medal

Slovakiyada keçirilən güləş üzrə Avropa çempionatına yekun vurulub.

Son yarış günündə yunan-Roma güləşçilərimiz maksimum nəticəyə imza atıb.

Nihat Məmmədli (60 kq) finalda serbiyalı Georgi Tibilova 7:3 hesabıyla qalib gələrək titulunu qoruyub və 2-ci dəfə Avropa çempionu olub.

Həsrət Cəfərov (67 kq) isə finalda bolqarıstanlı Abu Muslim Amayevə şans tanımayıb – 7:1. Beləliklə, gənc güləşçimiz 3 qat Avropa çempionu ünvanına sahib çıxmaqla bu göstəricidə Azərbaycan yunan-Roma güləşində rekordçu olan Rafiq Hüseynova çatıb.

Ülvü Qənizadə (72 kq) əvvəlcə təsəlliverici görüşdə rusiyalı Alen Mirzoyanı məyus edib – 3:1. Həmyerlimiz bürünc medal uğrunda qarşılaşmada isə belaruslu Aleksandr Liavonçikdən güclü olub – 2:1.

Qurban Qurbanov (82 kq) finalda macarıstanlı Erik Silvassiyə 6:0 hesabıyla qalib gələrək ilk dəfə qatıldığı böyüklərin Avropa çempionatında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.